Hadisə

Üç nəfər ailə zorakılığının qurbanı olub, polis müdaxilə etməyib

Fevralın 20-də paytaxtın Nizami rayonunda ailə münaqişəsi zəminində ana Gülnar Qaraxanova (1983-cü ildə anadan olub) və iki övladı – Lamiyə ( 2008-ci il) və Ataxan (2011-ci il) Qaraxanovlar qətlə yetirilib.

Qətli ölən qadının bacısının əri Əhəd Əliyev (1981-ci il) törədib. Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, cinayət tamahkarlıq məqsədilə törədilib. Belə ki, saxlanılan Əliyevdən 20 min manat tapılıb. O həmin pulları öldürdüyü adamların evində götürüb.

Lakin bu iş həm də ona görə böyük ictimai rezonans doğurub ki, qonşular mənzildə uşaqların qışqırığını və hay-küyü eşidərək polis çağırıblar.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qonşular polis çağırıblar, lakin əraziyə gələn polis əməkdaşları “ailə münaqişəsi” olduğunu deyərək mənzilə daxil olmayıblar. Üç nəfərin qətlə yetirilməsi polislərin hadisə yerindən getməsindən sonra baş verib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, xidməti araşdırma aparılır. “Polis əməkdaşlarının hər hansı fəaliyyətsizliyi, yaxud səhlənkarlığı ilə əlaqəli məqam üzə çıxarsa, dərhal müvafiq qaydada tədbir görüləcək”, – o deyib.(Turan)

Bənzər yazılar

Back to top button