GündəmManşetSiyasət

Azərbaycan Silahlı Qüvvələri bir neçə istiqamətdə irəliləyir

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri şimal istiqamətində – Ağdərə (keçmiş Mardakert) istiqamətində irəliləyərək separatçıların əsas hərbi hissələrindən birini nəzarətə götürüb.

Öz növbəsində, erməni mənbələri Ağdərə rayon mərkəzinə hücum və artilleriya atəşləri, yerli əhalinin evakuasiyası barədə məlumat yayırlar.

Cənub istiqamətində (keçmiş Martuni) Azərbaycan Silahlı Qüvvələri Qırmızı bazar istiqamətində irəliləyərək Amaras dini kompleksi nəzarətə götürüb. “Martuni meri”nin öldüyü bildirilir.

Şərq istiqamətində Əsgərana və ona bitişik strateji yüksəkliklərə doğru irəliləmə var.

Hərbi əməliyyatların getdiyi kəndlərin 1800-2000 sakini sülhməramlıların Xocalıdakı bazasına sığınıb.

Separatçıların liderləri təslim olmaq barədə Bakının ultimatumuna hələ cavab verməyiblər və beynəlxalq birliyə müraciət etməyə davam edirlər.(Turan)

Bənzər yazılar

Back to top button