Bizim seçimCəmiyyət

Mətbuatın tale(h)siz mirzələri təlaşdadır

Bu sahilə gəlib çıxana qədər çox limanlarda qonaq olan Şahsuvarlının belə təlaşa düşməsinin səbəbləri çox maraqlıdır

Oktyabrın 16-da prezidentin keçirdiyi iqtisadi müşavirədə ölkə mediası ilə bağlı səsləndirdiyi iradlar bir çoxlarının kürkünə əməllicə birə salıb. Nədən ki, dövlət başçısı medianı siyasi oyunlara, şəxsi maraqlara alət edənlərə qarşı sərt ifadələr səsləndirdi, oturduğu ağacın budağını baltalayanlara səsləndi. Haqlı iradlar idi, çünki cənab prezident mətbuatın inkişafı üçün hər fürsətdə böyük işlər görüb, qayğı göstərib, öz dəstəyini ifadə edib. Amma kabinetində 15 yerdə prezidentin şəkillərini asanlar ilk imkandaca onun siyasi kursunu, dövlətçilik amallarını şəxsi ambisiyalarına qurban veriblər.

Heç kimə sirr deyil ki, bu gün mətbuat cameəsində təsadüfi əhli-qələmlərin sayı minlərcədir. Əqidəsini, məsləkini bir “paketə”, “malades”ə satan belələri üçün dövlətçilik, prezidentə sədaqət anlayışları aldıqları bəxşişin qədərincədir. Elə dövlət üçün də ən böyük təhlükə onlardır.

Prezidentin tənqidindən sonra özünü gözə soxmaq, batdığı çirkabdan təmiz görkəmdə görünmək istəyən Taleh Şahsuvarlı adlı talesiz bir jurnalist 37-ci il eyforiyası ilə “xalq düşmənləri”nə qarşı çıxışlara başlayıb. Döymədiyi kabinet qapısı, oturmadığı məmur kreslosu qalmayan Şahsuvarlı bizi də öz aləmində yaş yuyub quru sərib. Müxalifətin aləti olmaqda, az qala dövlətə xəyanətdə ittiham edib. Hamını özü gəzən ağacı budaq-budaq gəzənlər gözündə görən Taleh məmurların tənqid olunmasını dövləti cinayət səviyyəsinə qaldırıb. Prezident özü dəfələrlə bildirib ki, bir çox problemlərdən məhz medianı izləməklə xəbərdar olur. Və hamını da sağlam tənqidə açıq olmağa səsləyib. İndi nədənsə Sahil Babayevin tənqid olunması Taleh bəyin taleyində silinməz izlər buraxıb, əsəbləşdirib, cırnadıb. Bu sahilə gəlib çıxana qədər çox limanlarda qonaq olan Şahsuvarlının belə təlaşa düşməsinin səbəbi çox maraqlıdır. Axı bizlər S.Babayevi tənqid edəli aylar ötüb, zaman dolanıb. Əcəba bu əndişə, təlaş nədəndir, qəflətən oturub ayılmaq hardandır? Prezidentin çıxışına qədər Şahsuvarlı Google-də axtarış apara bilmirdimi görəasən?

T.Şahsuvarlını çox da əziyyətə salmadan(o son günlər çox əziyyət çəkib) cavabı biz deyək. Adamın qəflətən ayılmasının (təəssüf ki, qəflətdən ayılma baş verməyib) səbəbi ondan hesab sorulmasıdır yəqin. “O olmasın bu olsun” filmində məhşur epizodu xatırlayırsınızmı:

– A bəy, araq içmisən, çaxır içmisən pulunu ver də… Amma, bu dəfə hesab ağır gəlib deyəsən. Keçmiş olsun…

Orxan Məmmədov

AzToday.az

Bənzər yazılar

Back to top button