Dünya

Rusiya qoşunları Belarus da daxil olmaqla, dörd istiqamətdən hücum edir

Fevralın 24-də günorta saatlarında Xarkov yaxınlığında ağır döyüşlər davam edirdi. Ukrayna tərəfi düşmənin tank hücumunu dəf edib, düşmən canlı qüvvə və texnika itkiləri verib, xəbəri Ukrayna SQ-nin Baş Qərargahı yayıb.

Mənbənin məlumatına görə, Ukrayna hərbiçiləri Luqansk vilayətində yerləşən Sçastye şəhərini, həmçinin Mariupolu tam nəzarətləri altına qaytarıblar. Eyni zamanda, Çerniqov vilayətində rus ordusunun irəliləyişini dayandırmaq mümkün olub.

“Qoşunlarımızın gücü ilə Mariupol və Sçastye tam nəzarətimiz altına qaytarılıb. Düşmənin minimum altı təyyarəsi, iki helikopteri və onlarla zirehli texnikası məhv edilib. Xerson istiqamətində vəziyyət çətindir, amma Ukraynanın müdafiə qüvvələri təcavüzkarı dəf edir”, deyə Baş Qərargahın bəyanatında bildirilir. (Turan)

Bənzər yazılar

Back to top button