Dünya

Ukrayna XİN RF-ni beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukraynaya qarşı yeni təcavüz dalğasının başladığını bəyan edib.

“Rusiyanın hücum hərbi əməliyyatının məqsədi Ukrayna dövlətini məhv etmək, Ukrayna ərazisini güc yolu ilə ələ keçirmək və işğala nəzarət etməkdir”, bu barədə Turan Agentliyinə Ukraynanın Bakıdakı səfirliyindən daxil olan Ukrayna XİN-in 24 fevral tarixli bəyanatında deyilir.

Rusiya qoşunları müxtəlif istiqamətlərdən, o cümlədən müvəqqəti olaraq işğal olunmuş Donbass və Krım, eləcə də şimal-şərq bölgəsindən Ukraynanın dinc şəhərlərinə hücum edir.

“Bu, müharibə aktıdır, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsddir, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”, deyə rəsmi Kiyev bildirir. Ukrayna beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququnu aktivləşdirib, deyə Ukrayna XİN-in bəyanatında qeyd edilir.

“Ukrayna hərbçilərinin döyüş ruhu yüksəkdir, müdafiəçilərimiz işğalçı dövlətə qəti cavab verməyə hazırdırlar və Ukrayna torpağını bütün gücləri ilə müdafiə edəcəklər”, deyə bəyanatın sonunda vurğulanır.

Bənzər yazılar

Back to top button