İqtisadiyyat

Kənd təsərrüfatı naziri qalstuku çıxarıb kəndə getdi – VİDEO

Kənd təsərrüfatı naziri İnam Kərimov şimal-qərb bölgəsində fermerlərlə görüşərək vəziyyətlə yerində tanış olub. Nazir baramaçılığın inkişafı üçün böyük potensialın olduğunu və bu sahədə Azərbaycanın qısa zamanda xaricdən asılılıqdan azad olacağını vurğulayıb.

Bu gün kənd təsərrüfatı naziri İnam Kərimov və nazirliyin müvafiq idarələrinin əməkdaşları şimal-qərb bölgəsinə işgüzar səfəri çərçivəsində hazırda tikilməkdə olan Qax ipəkçilik damazlıq stansiyasında olub, Çindən gətirilən tut tinglərinin bağına baş çəkib, eləcə də tütün sahələrində iş prosesi ilə yaxından tanış olub, tütünçülərin və fermerlərin problemləri ilə maraqlanıb.

Qeyd olunub ki, bu il Qax rayonunun fərdi və fermer təsərrüfatlarında 600 hektardan çox sahədə tütün əkini nəzərdə tutulur. Daha sonra kənd təsərrüfatı naziri Çindən gətirilən və Damazlıq İpəkçilik stansiyasının bağlarında əkilən tut tinglərinin yetişdirilməsi ilə maraqlanıb.

Kənd təsərrüfatı naziri stansiyanın tikinti prosesi ilə də maraqlanıb. burada əsas korpusun tikintisi başa çatıb və son işlər görülür. Stansiyanın yaxın aylarda tam istifadəyə verilməsi planlaşdırılır. Nazir qısa zamanda Azərbaycanın özünün barama qurdu istehsalına başlayacağını deyib.

Bu gün həm də inkubasiyadan çıxmış 6000 qutu ipəkqurdları dağlıq və dağətəyi zonada yerləşən 17 rayonun kümçülərinə əvəzsiz olaraq paylanılıb. Cari ildə Respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulur ki, bu da keçən illə müqayisədə 2 dəfə çoxdur.

Xezerxeber.az

Bənzər yazılar

Back to top button