Fələstin lideri yəhudilərdən üzr istədi

Print Friendly, PDF & Email

Fələstin rəhbəri Mahmud Abbas yəhudi xalqından üzr istəyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bir neçə gün əvvəl “Yəhudilər Avropada yəhudi olduqları üçün yox, iqtisadi sahədəki fəaliyyətlərinə görə öldürülüb” açıqlaması olub.

Yeni açıqlama verən Mahmud Abbas ötən həftə səsləndirdiyi bu fikrə görə yəhudi xalqından üzr istəyib:

“Biz uzun müddətdir tarixdəki ən dəhşətli cinayətlərdən biri olan Yəhudi soyqırımını qınadığımızı və bu soyqırımın qurbanlarının əzablarını bölüşdüyümüzü təkrar edirik. Əgər dediyim söz yəhudi inancına sahib insanlar tərəfindən təhqir kimi dəyərləndirildisə, buna görə onlardan üzr istəyirəm”.

Qeyd edək ki, Mahmud Abbasın səsləndirdiyi bu fikir böyük narazılığa, ABŞ, BMT, Avropa İttifaqının etirazına səbəb olmuşdu.