Dünya

TRACECA: Ukraynaya dəniz nəqliyyatı ilə yükdaşımalarda gərgin vəziyyət yaranıb

Hazırda Ukrayna ərazisində baş verən hərbi əməliyyatlar bu ölkənin TRACECA nəqliyyat dəhlizi ilə yük daşımalarına ciddi təsir göstərib. Ukraynanın Qara Dəniz limanları fəaliyyətini, demək olar ki, dayandırıb. Bu barədə “Amerikanın Səsi” radiosunun Azərbaycan xidmətinə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.

“Limanların fəaliyyəti, demək olar ki, dayanıb. Hazırda Ukrayna tərəfi yükləri göndərmir və yeni yüklər qəbul etmir. Sadəcə, ölkədə qalan avtomobillərin çıxarılması üzərində iş aparırıq”, deyə Bayramov bildirib.

Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (ТRACECA- Transport Corridor Europe-Caucasus-Ssia) – Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button