Dünya

Kiyev teleqülləsinin atəşə tutulması: 5 nəfər həlak oldu

Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb. Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində bildirilir.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.

19:21

Ukraynanın paytaxtı Kiyevin teleqülləsi Rusiya qüvvələrinin atəşinə məruz qalıb.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqramda bildirib.

Virtualaz.org

Bənzər yazılar

Back to top button