Siyasət

Ukraynanı artıq 4 min Azərbaycan vətəndaşı tərk edib

Hərbi əməliyyatların başlanğıcından etibarən Ukraynanı 4 minə yaxın azərbaycanlı tərk edib, bu barədə bugünki brifinqdə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan vətəndaşları Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya istiqamətində Ukraynadan çıxa bilirlər.

Abdullayeva həmçinin hərbi əməliyyatların başlanğıcından etibarən Ukraynada 5 Azərbaycan vətəndaşının həlak olduğunu bildirib.

Azərbaycanın Kiyevdəki səfirliyi təhlükəsizliyi üçün təhdid yaranan Azərbaycan vətəndaşlarının təxliyəsi üzərində işləməyə davam edir.

Bundan başqa, Moldova və Polşa səfirliklərinə əlavə diplomatik əməkdaşlar ezam edilib.

Martın 3-nə keçən gecə Ukraynadan qonşu ölkələrə keçmiş Azərbaycan vətəndaşlarının daşınması üzrə 4 çarter reysi həyata keçiriləcək.

Bu təyyarələrlə 170 nəfər Azərbaycana gətiriləcək.

Bənzər yazılar

Back to top button