Siyasət

Ceyhun Bayramov: “Münaqişənin başa çatması Ermənistan üçün də yeni imkanlar açıb”

“Ərazi bütövlüyünü bərpa edən Azərbaycan azad olunmuş ərazilərini ekoloji təmiz bölgəyə çevirməyə başlayaraq həmin bölgədə yaşıl enerji tətbiq edir, “ağıllı” kəndlər və şəhərlər yaradır”.

AzToday.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan hüquqları üzrə Şurasının 49-cu iclasında videoformatda çıxışı zamanı bildirib.

“Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması nəinki Azərbaycan üçün, Ermənistan üçün də yeni iqtisadi imkanlar açır” – deyən nazir həmin ərazilərdə bərpa və yenidənqurma işlərini qarşıdakı illərdə hökumət üçün başlıca vəzifələr arasında göstərib.

2021-ci ildə azad edilmiş ərazilərdə görülən işlərə dövlət büdcəsindən 1,3 milyard dollar sərf olunduğunu diqqətə çatdıran nazir Ermənistan tərəfindən basdırılmış minalar səbəbilə məcburi köçkünlərin qayıtmasının xeyli ləngidiyini də vurğulayıb.

Bənzər yazılar

Back to top button