GündəmManşet

Ermənilər Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Öz növbəsində, Ermənistanın Müdafiə Nazirliyinin iddiasına görə, oktyabrın 5-də saat 13:50 radələrində Azərbaycan SQ-nin bölmələri “Qeqarkunik vilayətinin Norabak bölgəsində (keçmiş Basarkeçər rayonunun Əzizli kəndi) erməni mövqelərinin şəxsi heyətini ərzaqla təchiz edən maşına atəş açıb”.

Bənzər yazılar

Back to top button