Dünya

Dövlət Xidməti: “Ukraynada 2 000-dən çox dinc sakin həlak olub”

Rusiya qüvvələrinin Ukraynaya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

Bu barədə Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) feysbukda məlumat yayıb.

Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb.

Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.(“Report”)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button