Dünya

Kuleba: Rusiya sanksiyalardan yan keçmək üçün üç ölkə tapıb…

Xarici işlər naziri Dmitri Kuleba diqqəti Rusiya hakimiyyətinin Ukraynaya qarşı əsassız təcavüzə görə tətbiq edilən sanksiyalarla bağlı bizneslə məşğul olmaq üçün həll yolları tapmağa çalışdığına yönəldib.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə XİN rəhbəri martın 2-də keçirdiyi brifinqdə danışıb.

Nazirliyin məlumatına görə, söhbət Rusiyaya potensial olaraq kömək edə biləcək üç ölkədən gedir.

“Biz bilirik ki, çaxnaşma içində olan Moskva indi sanksiya dairəsindən çıxmaq üçün həll yolları axtarmağa başlayıb. O, dünyada üç ölkə tapmağı bacarıb. Biz bu ölkələrin hansı olduğunu bilirik və onlarla işləməyə hazırıq. Digər tərəfdaşlarla birlikdə onlarla danışıqlar aparacağıq ki, təcavüzkara kömək göstərmələrinin qarşısı alınsın”, – Kuleba bildirib.

UNIAN-ın yazır: “Avropa İttifaqı yeddi Rusiya bankını SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırır. Bundan əlavə, Aİ Rusiya Federasiyasına avro əskinaslarının tədarükünə qadağa qoyub.

Bu, Putinin fevralın 24-ü səhər saat 5:00 radələrində Ukraynaya qarşı başlatdığı müharibəyə görə Rusiyanın bədəl ödəməsi üçündür. Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, işğalçılar iki mindən çox dinc sakini qətlə yetiriblər”.

Bənzər yazılar

Back to top button