GündəmHadisə

Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi həbs edilib – 80 milyon manatlıq mənimsəmə

Bakı Hərbi Məhkəməsinin qərarı ilə Azərbaycan Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi, general-mayor Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılan cinayət işi üzrə məhkəmə qarşısına çıxarılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Məmmədov 80 milyon 618 min manat məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.

Son bir ayda, Müdafiə Nazirliyinin maliyyə idarəsinin 4 keçmiş və indiki vəzifəli şəxsi, eləcə də tədarük və təchizat idarəsinin rəisi həbs edilib.(Turan)

Bənzər yazılar

Back to top button