Dünya

Ukraynada növbəti 4 həftə gedəcək döyüşlər bütün Avropa üçün həlledici olacaq – NYT

Bayden administrasiyasının yüksək rütbəli rəsmiləri deyirlər ki, qarşıdakı dörd həftə Rusiyanın Ukraynadakı müharibəsinin yekun nəticəsini müəyyənləşdirəcək və uzunmüddətli nəticələr gələcək onilliklər üçün Avropanın xəritəsinə təsir edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə anonimlik şərti ilə bir sıra amerikalı nüfuzlu şəxslər məlumat verib.

Rəsmilərin fikrincə, əgər Rusiya şərqi əldə edə bilsə, Putinin ölkə daxilində öz “xüsusi hərbi əməliyyatı”nı məhdud uğur kimi təqdim etmək və Ukraynanın rusiyapərəst azlığının müdafiəsini təmin etdik deməsi üçün daha çox şansı olacaq.

O zaman o, atəşkəsə nail ola, eyni zamanda Donbasdan istənilən danışıqlarda təsir rıçaqı kimi istifadə etmək cəsarəti göstərə bilərdi.

Rəsmilərin fikrincə, Ukrayna hərbçiləri Rusiyanın Donbasdakı hücumunu dayandıra bilsələr, Rusiya prezidenti illərlə davam edə biləcək müharibəyə daha çox döyüş gücü vermək və ya ciddi şəkildə sülh danışıqları aparmaq kimi çətin seçim qarşısında qalacaq.

Rəsmilərin fikrincə, birinci variant tam milli səfərbərlik demək ola bilər, bu isə Kreml rəhbəri üçün siyasi baxımdan risklidir.

Pentaqon hesab edir ki, düzgün silahlarla, yüksək əhval-ruhiyyə və motivasiya ilə Ukrayna qüvvələri nəinki Rusiyanın irəliləyişini dayandıra, həm də onu geri qova bilər, – nəşrin həmsöhbətlərindən biri deyib.

UNIAN yazır ki, işğalçılar Donetsk və Tavrida istiqamətlərində hərbi əməliyyatları gücləndiriblər.

Düşmən Zareçnoye qəsəbəsi ərazisində hücum hərəkətləri həyata keçirir və batalyon ölçüsündə olan qüvvələrlə Rubijnoye qəsəbəsi ərazisində irəliləməyə çalışır.

Novtoşkovski və Popasnaya yaxınlığında düşmənlə müdafiə döyüşləri davam edir.

Bənzər yazılar

Back to top button