DünyaManşet

Ukrayna müharibəsindən qazanclı çıxacaq iki ölkə: İran üçün unikal şans yaranıb (ŞƏRH)

“Ukrayna böhranından (xüsusilə müharibənin uzanmasından) çox qazanclı çıxan ölkələr arasında həm ABŞ, həm də İran var”.

AzToday.az xəbər verir ki, bu sözləri politoloq Araz Aslanlı Ukrayna müharibəsini şərh edərkən deyib. Onun sözlərinə görə, müharibənin mümkün qədər davam etməsi (eləcə də Ukrayna üçün dağıdıcı nəticələr yaratması) ABŞ-a imkan verir ki, “soyuq müharibə”dən sonra getdikcə zəifləyən Qərb blokundakı liderliyini və blokdaxili həmrəyliyi möhkəmləndirsin, mümkün qədər qlobal liderliyini bərpa etməyə çalışsın:

“ABŞ bunu soyuq müharibədən sonra uzun müddət Yuqoslaviya müharibəsində bacara bilməmiş, ən çox yaxın olduğu 11 sentyabr terrorundan sonra qismən reallaşdırmış, amma İraqı işğalı zamanı Türkiyə, Almaniya və Fransa kimi müttəfiqlərini yanında görə bilməmişdi və hətta qarşısına almışdı. 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı zamanı isə ya etməmişdi ya da müxtəlif səbəblərə görə bacarmamışdı.

İndi isə “soyuq müharibə”dən sonra zəifləyən “kənar təhdit” amilini Rusiyanın timsalında kifayət qədər canlandırmış olur və beləcə həm ümumilikdə, həm də xüsusi olaraq Çin ilə ehtimal olunan növbəti qlobal gərginlik üçün “komanda ruhunu” canlı tutmağa çalışır.

Öz növbəsində İran proseslərdən ən azı 1) neftin və təbii qazın qiymətlərinin artması, 2) İranın Rusiyaya alternativ neft və təbii qaz mənbəyi kimi bazara geri qaytarılması (həm də bəlkə əvvəlkindən daha güclü), 3) nüvə proqramı ilə bağlı yeni imkanlar qazanması baxımından faydalana bilər (birincisi təbii olur, ikincisini Qərb, üçüncüsünü Rusiya edə bilər).

ABŞ və İranı (eləcə də digər bəzi dövlətləri) birlikdə narahat edən əsas məqam isə Azərbaycan-Türkiyə ittifaqının da bu proseslər fonunda ən azı Cənubi Qafqazda, amma ola bilsin ki, bir qədər geniş coğrafiyada mövqeyini gücləndirmə ehtimalıdır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button