Dünya

Abramoviç “Çelsi”ni satır – Pulu isə Ukraynaya xərcləyəcəyini dedi

Rusiyalı iş adamı Roman Abramoviç Londonun “Çelsi” futbol klubunu satmaq qərarına gəldiyini açıqlayıb.

AzToday.az Trend-ə istinadən bildirir ki, onun açıqlaması “Çelsi”nin saytında yerləşdirilib.

“Hazırkı vəziyyətdə klubu satmaq qərarına gəldim, çünki bunun klubun, azarkeşlərin, işçilərin, eləcə də sponsorların və tərəfdaşların maraqlarına uyğun olduğunu hesab edirəm”, – deyə R.Abramoviç bildirib.

R.Abramoviç qeyd edib ki, “klubun satışı sürətləndirilməyəcək, lakın lazımi prosesə uyğun aparılacaq”:

“Mənim üçün bu, heç vaxt biznes və ya pul deyil, oyuna və kluba olan həvəs idi. Üstəlik, mən komandama satışdan əldə edilən bütün xalis gəlirin bağışlanacağı bir xeyriyyə fondu yaratmağı tapşırdım. Fond Ukraynadakı müharibənin bütün qurbanlarının xeyrinə çalışacaq”.

Bənzər yazılar

Back to top button