Dünya

Gürcüstan Avropa Birliyinə üzvlük üçün müraciət edib

Gürcüstan hökuməti təcili olaraq Avropa Birliyinə namizəd statusu almaq üçün ərizə hazırlayır, – hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.

Bir neçə gün əvvəl Ukrayna Aİ-yə üzvlük üçün müraciət edib. Çərşənbə axşamı Avropa Parlamenti səs çoxluğu ilə Ukraynaya Aİ-yə namizəd ölkə statusunun verilməsini tələb edən qətnaməni təsdiqləyib.

“Gürcüstan hökuməti təcili olaraq Avropa İttifaqına namizəd statusunun alınması üçün ərizə hazırlayır və bu ərizə martın 3-də Avropa İttifaqının strukturlarına təqdim olunacaq”, – Kobaxidze çərşənbə günü brifinqdə deyib.

O, Avropa İttifaqını ərizəyə “fövqəladə” baxmağa və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.

2014-cü ilin iyununda Gürcüstan və Aİ arasında assosiasiya sazişi imzalanıb, onun bir hissəsi azad ticarət zonası haqqında sazişdir.

2017-ci ilin mart ayından Gürcüstan vətəndaşları turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə (180 gündən 90 gün) vizasız qısamüddətli səfərlər hüququ əldə ediblər.(Turan)

Bənzər yazılar

Back to top button