Dünya

Aİ Britaniyaya peyvəndin tədarükünə maneə törədə bilər

Avropa İttifaqı yeni növ koronavirus infeksiyasına qarşı peyvəndin çatışmazlığına görə dərmanın Böyük Britaniyaya ixracını əngəlləyə bilər.

“Report”un məlumatına görə, bu barədə “Independent” nəşri Aİ Şurasının sədri Şarl Mişelin məktubuna istinad edərək xəbər verib

Qəzetin yazdığına görə, “peyvənd müharibəsi”, xüsusən İngiltərəyə peyvənd tədarükünə zəmanət verən AstraZeneca şirkəti tərəfindən provokasiya edilib, lakin müqavilənin imzalanması üçün sonrakı tarixə işarə edərək Aİ-yə göndərilməsini təxirə salıb.

Buna cavab olaraq, Avropa İttifaqı Şurasının sədri İngiltərənin sifariş verdiyi 40 milyon doza “Pfizer” dərmanı da daxil olmaqla, peyvəndlərin ixracını dondurmaq məqsədilə təcili tədbirlərin görülməsi ilə bağlı göstəriş verib. Bu sifariş Belçikadakı Pfizer zavodundan verilib.

“Politico” nəşri isə bildirib ki, Brüssel artıq peyvəndin ixracının qarşısını alan mexanizm barədə razılığa gəlib. Bu plana görə, Avropa İttifaqı gömrük orqanları dərmanların icazəsiz ixracını qadağan edəcək.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button