GündəmManşetÖnə çıxanlarSiyasət

Azərbaycan üçün növbəti böyük skandal – Rəsmilər qanunlara meydan oxudu

İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) Yayım Şurasının dünən keçirilən iclasında telekanalın baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə xitam verilib. İTV-dən verilən məlumatda bildirildi ki, Cəmil Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib və müzakirədən sonra müvafiq qərar qəbul olunub.

Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, İTV-yə direktorun bu formada seçilməsi birbaşa qanunvericiliyi pozmaqdır:

“İctimai Teleradio yayımı” haqqında qanunun 20.3.1 maddəsinin və 21.1-ci maddəsinin tələbi Baş Direktorun təyin edilməsi yox, seçilməsidir. Bu norma İTV haqqında qanunvericilik formalaşarkən də o prosesdə olan hər kəs tərəfindən bilinir. Ayrıca, hər 4 ildən bir Baş direktorluğa namizədlərin elanı olur, 10 gün ərzində bu sahədə təcrübəsi olanlar namizədliklərini irəli sürür, sonra Yayım Şurasının azı 6 üzvünün səs verdiyi namizəd bu posta seçilir.

2013-cü ildə Emin Hüseynov da namizədlər arasında olmuş, sonra seçim prosesindən narazı qalaraq, məhkəməyə müraciət etmişdi.
2017-ci ilin aprelində Milli Teleradio Şurasıyenə bu posta müsabiqə elan etmiş, 5 namizədin arasından İctimai Teleradio Yayım Şurası Cəmil Quliyevi 2-ci dəfə seçmişdi.

Cəmil Quliyevin 4 ildən tez getməsi bu prosesi dəyişməz. Yenə boşalan yerə müsabiqə keçirilməli idi.

Heç olmasa qanunlara baxmağı da artıq hesab edirlər. Ya da Media siyasəti ilə məşğul olanlar sürətlə ölkə hökumətini gözdən salacaq addımları qəsdən artırırlar. Qəsdən olmasa bu baş verməz”.

AzToday.az

Bənzər yazılar

Back to top button