İqtisadiyyat

Ermənilər dəmir yolunun Mehri hissəsinin bərpası üzrə işlərə başlayırlar

Martın 3-də Ermənistanın baş naziri Nikol Paşinyan Yerasx-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistan hissəsində işlərə başlanıldığını bildirib.

O ümidvar olduğunu bildirib ki, bu işlərə paralel olaraq 2021-ci ildə Soçi və Brüsseldə üçtərəfli görüşlərdə əldə edilmiş razılaşmalar de-yure qeydə alınacaq.

Paşinyan onu da bildirib ki, Ermənistan avtomobil yollarının mümkün marşrutları, o cümlədən yeni yolların tikintisi üzərində iş aparır.

Martın 4-də dəmir yolunun 43 kilometrlik hissəsində qiymətləndirmə işlərinin aparılması üçün Cənubi Qafqaz dəmir yolu mütəxəssisləri və nümayəndələrindən ibarət işçi qrupu Mehriyə yola düşür.

Ermənistan KİV-in məlumatına görə, dəmir yolunun Ermənistan hissəsinin tikintisi Yerevana 230 milyon dollara başa gələcək. (Turan)

Bənzər yazılar

Back to top button