Siyasət

Bakıda Ukraynaya qarşı müharibəyə dəstək aksiyasının keçirilməsinə imkan verilməyib

Polis Bakıda Ukrayna ilə müharibədə Rusiyaya dəstək aksiyasının keçirilməsinə imkan verməyib. Rusiya səfirliyinin binasının yerləşdiyi məhəllədə dayanan polis dəstələri saat 14.30-dan başlayaraq yoldan keçənlərin səfirlyin binasına yaxınlaşmasına imkan verməyib. Səfirliyə yalnız Rusiya nümayəndəliyinin əməkdaşları keçib.

Dəstək aksiyasında iştirak etməklə bağlı çağırış martın 1-dən sosial şəbəkədə yayılıb. Aksiya 3 mart saat 15:00-a təyin edilib. Təşkilatçılar məlum deyil.

Aksiyaya gələn Azərbaycan vətəndaşı Turan-a deyib ki, Ukraynanı dəstəkləyən bütün azərbaycanlılar faşistlərdir, Rusiya isə Ukraynada faşizmi darmadağın edir.

“Rusiyanın bizim üçün etdiyi bütün yaxşılıqları unudan və Ukraynaya dəstək verən nankor azərbaycanlılara ayıb olsun. Allah sizin cəzanızı verəcək. Onlar heç nə başa düşmürlər. Polislər bizə səfirliyin yanında mitinq keçirməyə imkan vermədilər, yəqin bizim aksiyanı yuxarıdan qadağan ediblər. Yuxarılara lazım olanda Ukrayna üçün kütləvi aksiyanı qadağan etmirdilər”, – aksiya iştirakçısı deyib.

Polis təmkinli davranıb, saxlanılan olmayıb. Rusiya səfirliyinə keçmək istəyənlərin əllərində plakatlar və bayraqlar olmayıb. (Turan)

Bənzər yazılar

Back to top button