Dünya

Putin Təhlükəsizlik Şurasının iclasında: “Ruslar və ukraynalılar bir xalqdır”

Ukraynada Rusiya ordsunun həyata keçirdiyi əməliyyatlar plan üzrə, qrafikə ciddi uyğun olaraq gedir və bütün vəzifələr uğurla həll olunur. Bunu Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.

O, rusların və ukraynalıların bir xalq olduğunu vurğulayıb. Putinin sözlərinə görə, o, bundan heç vaxt vaz keçməyəcək.

“Rusiyanın əsgər və zabitləri Ukraynada mülki əhali arasında itkilərin olmamasına çalışırlar. Bir daha deyirəm, əsgər və zabitlərimiz mülki əhalinin arasında itkilətin olmamasına çalışırlar. Təəssüflər olsun ki, onlar özləri də itkilər verirlər. Bizim borcumuz Rusiya xalqı üçün, vətənin təhlükəsizliyi, xalqımız uğrunda döyüşlərdə həlak olanların və yaralananların ailələrinə dəstək olmaqdır”, – Rusiya Prezidenti vurğulayıb. (virtualaz.org)

Bənzər yazılar

Back to top button