Dünya

Rusiya hərbi əməliyyatları dayandırarsa, sanksiyalar da ləğv olunar

Rusiya Ukraynada xüsusi əməliyyatı dayandırarsa, Qərbin Moskvaya qarşı yeni sanksiyaları ləğv ediləcək.

Bizimyol.info xəbər verir ki, bunu “TASS”a açıqlamasında ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland deyib.

“Rusiya bu müharibəni bitirsə, Ukraynanın bərpasına kömək etsə, sülhü bərqərar etsə, bu ölkənin suverenliyini və ərazi bütövlüyünü tanısa, “mövcud olmaq hüququnu” tanıyarsa, sanksiyalar sona çatacaq”, – ABŞ xarici siyasət departamentinin rəhbərinin müavini deyib.

Bununla bağlı o, Rusiya rəhbərliyinin indi faktiki olaraq “Ukraynanın mövcud olmaq hüququnu inkar etdiyi”ni bildirib.

Bənzər yazılar

Back to top button