İdman

Obameyanq “Barselona”da 3 dəfə az qazanır – MƏBLƏĞ

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq Kataloniya klubunda oynamaq üçün təxminən 3 dəfə az qazanmağa razı olub.

Fanat.az xəbər verir ki, informasiyanı maliyyə eksperti Rob Uilsona istinadən “Football Espana” yayıb.

Mənbə London “Arsenal”ında həftəyə 362 min avro əməkhaqqı alan qabonlu forvardın İspaniya nəhəngində həftəyə 116 min avro qazandığını vurğulayıb.

Obameyanq bu qış “topçular”la müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq azad agent qismində “Barselona”ya keçib və müddəti 2025-ci ilə qədər olan anlaşmaya imza atıb. Sözləşməyə əsasən, onun 2023-cü ildə kataloniyalıların sıralarını tərk etmək hüququ da var.

Sözügedən forvardın müqaviləsindəki maliyyə şərtlərinin bu ilin yayında yaxşılaşdırılacağı gözlənilir.

Bənzər yazılar

Back to top button