Dünya

Ruslar bir həftə ərzində üç dəfə Zelenskini öldürməyə çalışıblar – The Times

Britaniyanın The Times qəzetinin məlumatına görə, son həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı ən az üç sui-qəsd olub.

Jurnalistlərin məlumatına görə, Ukrayna liderini öldürmək üçün iki fərqli qrup – Kremlyönlü Vaqner qruplaşmasının muzdluları və çeçen xüsusi təyinatlıları göndərilib. Hər dəfə sui-qəsd Ukrayna ilə müharibənin əleyhinə olan Rusiya FTX-nin əməkdaşları sayəsində baş tutmayıb, deyə nəşr yazıb.

“Vaqner” muzdluları Kiyevdə cəhdləri zamanı itkilər verib və Ukraynalıların onların atacağı addımlardan əvvəlcədən nə dərəcədə dəqiq görməsindən narahat olublar. Qrupa yaxın mənbə bildirib ki, Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı onlar üçün “qorxunc” olub. Həmçinin, şənbə günü Kiyev yaxınlığında çeçen muzdlulardan ibarət qrupun sui-qəsdinin qarşısı alınıb, onlar məhv edilib.(Turan)

Bənzər yazılar

Back to top button