Dünya

Moskva Kiyevlə kompromisə razılaşır?

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Ukrayna və RF arasında danışıqların təfərrüatı barədə danışıb.

Arestoviçin sözlərinə görə, ruslar tədricən tələbləri azaldırlar.

“Onlar artıq denazifikasiya və s. haqqında danışmırlar. Bloklardan kənar status haqqında danışdılar, amma bu mövzu üzərində çox dayanmadılar. Söhbət Ukraynaya ayrı-ayrı hücum silahı növlərinin yerləşdirilməsinə yol verməməkdən gedirdi”, deyə o bildirib.

Eyni zamanda, o, tələblərin azaldılmasının RF-nin qarşısına qoyduğu siyasi məqsədlərə hərbi yolla nail ola bilməyəcəyini başa düşdüyünü göstərir.

UPO rəhbərinin müşaviri dünənki danışıqlar zamanı əldə edilən yeganə razılığı xatırladıb. “Nəzəri razılaşma, tərəflərin Ukraynanın mühasirədə olan şəhərlərinə, rusların hücumundan əziyyət çəkən şəhərlərinə humanitar yardım göstərilməsi və ya humanitar dəhlizlər verilməsi ilə bağlı razılığı yaranıb”, deyə o bildirib və əlavə edib ki, bu razılaşma beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək.(Turan)

Bənzər yazılar

Back to top button