DünyaGündəmManşet

Pentaqon və RF MN arasında Ukrayna ilə bağlı birbaşa rabitə kanalı varmı?

RİA Novosti adını açıqlamadığı Qərb KİV-lərinə istinadla bildirib ki, Pentaqon Ukraynada hərbi əməliyyatlar fonunda martın 1-dən hərbi hadisələrin qarşısının alınması üçün Rusiya Müdafiə Nazirliyi ilə rabitə kanalı qurub.

ABŞ Müdafiə Nazirliyi səhv hesablamaların, hərbi insidentlərin və gərginliyin qarşısını almaq məqsədilə bu yaxınlarda, martın 1-də RF Müdafiə Nazirliyi ilə rabitə kanalı qurub, bu barədə agentliyə Pentaqon əməkdaşı bildirib.

O əlavə edib ki, ABŞ “təxmin edilməyən hallar və ya fövqəladə vəziyyətlər ehtimalına qarşı təhlükəsizlik sahəsində mühüm məsələlərin müzakirəsi üçün” hələ də RF ilə bir sıra əlaqə kanallarını saxlayır.

Bir sıra nəşrlər Pentaqonun Ukraynadakı hadisələr fonunda RF ilə 2015-ci ildə Suriya ilə bağlı yaradılmış rabitə kanalına bənzər kanal qurmaq istədiyi barədə məlumat yaymışdı.

Turan Agentliyi məlumatı yoxlamaq qərarına gəlib. RİA Novosti tərəfindən göstərilən mənbə istinadları təsdiqini tapmayıb. Bir halda linkdən Pentaqon və RF MN-in Ukrayna üzrə rabitə kanalı haqqında məlumata deyil, Reuter-in saytına keçid baş verir.

İki şübhəli mənbə tapılıb: usfreenews.com və peoplenetv.com, burada RİA Nosovsti tərəfindən dərc edilmiş məlumatlar İvan Maltsev adından yerləşdirilib.

ABŞ Müdafiə Nazirliyinin saytında, eləcə də nüfuzlu nəşrlərin saytlarında belə bir məlumat yoxdur. (Turan)

Bənzər yazılar

Back to top button