Cəmiyyət

Təhsil nazirindən 8 Mart münasibətilə valideynlərə müraciət: “Şikayətlər olarsa…”

Təhsil naziri Emin Əmrullayev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlərə müraciət edib.

Jurnalistlərə açıqlamasında nazir bildirib ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə neqativ hallarla bağlı müraciətlər olur:

“Nazirliyin mövqeyi birmənalı olaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı məktəblərdə hər hansısa bir neqativ hallara yol verilməməsidir. Dünən bununla bağlı müzakirələrimiz olub. Həm məktəblərdən, həm də valideynlərdən gözləntilərimiz neqativ hallara yol verməmələridir. Valideynlər tərəfindən xüsusilə sosial şəbəkələrdə ünvanlar göstərilməklə şikayətlər olarsa, biz onları araşdıra bilərik”

Bənzər yazılar

Back to top button