Hadisə

“10 ildir Qocayev bizi qocaldır…”

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin hələ Binəqədi RİH-nə rəhbərlik etdiyi dövrdə adının hallandığı bəzi qalmaqallara yerli KİV zamanında kifayət qədər diqqət yönəldib. Elə həmin materiallarda da qeyd olunurdu ki, Alı Qocayevin Samux RİH-nin başçısı kimi göstərdiyi fəaliyyəti də problemlərsiz ötüşmür.

Elə dia.az-a Samux sakinləri adından ünvanlanan müraciətdən də bu narazılıqlar anlaşılmaqdadır. Sakinlər yazırlar ki, bu gün rayonda qocayev rejimi hökm sürür:

“Alı Qocayev Ramiz Mehdiyevin kadrıdır. O, başqa cür idarəçilik tanımadığından bir yandan Samuxa ayrılan büdcə vəsaitləri mənimsənilir, dögər yandan isə Samuzdakı dövlət qurumlarının rəhbərlərindən əvvəllərdə olduğu kimi töycü toplanılır. Bu da azdır. Başçının adamları yerli sahibkar və fermerlərin də qəniminə çevriliblər.

Dəfələrlə Samuzun acınacaqlı vəziyyətindən müxtəlif orqanlara şikayət etmişik. Amma kimsə bizi dinləmir. 10 ildir Qocayev bizi qocaldır…

Biz isə qocalmaq yox, yaşamaq istəyirik”.

***

Qeyd edək ki, Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakultəsinin axşam şöbəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968-1992-ci illərdə “Bakı Su Kəməri” İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992-1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1997-2000-ci illərdə “Abşeron Regional Səhmdar Su” Cəmiyyətinin vitse-prezidenti, 2000-2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı, yeddi nəvəsi var.

Bənzər yazılar

Back to top button