Dünya

Biz Rusiya ilə münaqişəyə can atmırıq, amma biz bu münaqişəyə hazırıq, ABŞ-da bəyan etdilər

NATO bütün müttəfiqlərini və ərazisini Rusiyanın hücumundan qoruyacaq, bu barədə cümə günü ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Bizim ittifaq müdafiə ittifaqıdır. Biz münaqişəyə can atmırıq. Amma münaqişə bizə çatsa, biz ona hazırıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, – deyə o, Ukraynada mülki əhaliyə Rusiyanın hücumlarını pisləyərək jurnalistlərə bildirib.

“Gecə də biz atom elektrik stansiyasına hücum barədə məlumatlar gördük. Bu, sadəcə, bu müharibənin yanlış olduğunu və onun dayandırılmasının vacibliyini, həmçinin Rusiyanın bütün qoşunlarını geri çəkməsinin və Diplomatik səylərdə vicdanla iştirakının vacibliyini nümayiş etdirir”.

Bənzər yazılar

Back to top button