Dünya

Rusiya Zelenskinin Ukraynadan qaçması ilə bağlı məlumat yaydı

“Rus işğalçıları Xerson vilayətində informasiya müharibəsi aparmağa davam edirlər. Bu dəfə onlar prezident Vladimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar. Bu məlumat həqiqətə uyğun deyil”.

Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə Dövlət Xüsusi Rabitə Xidmətindən məlumat verilib.

“Bu doğru deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza nə cürsə şəkildə çatdırın”, – mesajda deyilir.

Bənzər yazılar

Back to top button