ManşetSiyasət

Sürücü, mühafizəçi, çanta daşıyan – Ombudsman Səbinə Əliyeva özünü kimdən üstün göstərir? (VİDEO)

Ombudsman Aparatının rəhbəri Səbinə Əliyevanın sosial şəbəkələrdə yayılan videosu cəmiyyətdə heç də xoş qarşılanmayıb. Belə ki, sözügedən videoda Səbinə Əliyevanın xidməti avtomobilinə əyləşmək və avtomobildən düşmək üçün xüsusi qapı açan, əl çantasını daşıyan, Şəhidlər Xiyabanını ziyarət zamanı Ombudsman üçün gül dəstəsi aparan ayrı-ayrı şəxslərin olduğu görüntülənir.

Məlum görüntülər haqlı olaraq cəmiyyətdə belə bir sual yaradıb ki, Səbinə Əliyeva bu cür dəbdəbəli həyat tərzi ilə özünü kimdən üstün tutur. Belə ki, ölkənin birinci şəxsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sadəliyi ilə diqqət çəkib valideynlərinin məzarını ziyarət edərkən gül dəstələrini özü götürdüyü, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əl çantasını özü daşıdığı halda, Səbinə Əliyeva nə üçün bütün bunları özü etmir? Yoxsa, xanım Ombudsman özünü Cənab Prezident və Birinci Vitse-prezidentdən belə üstün sayır? (newscenter.az)

Bənzər yazılar

Back to top button