Dünya

Tbilisidə Ukraynaya çoxminlik dəstək aksiyası

Dünən axşam Gürcüstanın minlərlə sakini Ukraynaya dəstək üçün Tbilisinin mərkəzində toplaşıb.

Kiyevdən Ukrayna prezidenti Vladimir Zelenski və Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində toplaşanlara telekörpü vasitəsilə müraciət ediblər.

Aksiyada hər iki ölkənin dövlət himnləri səsləndirilib.

“Vilnüs, Frankfurt, Tbilisi, Bratislava, Praqa, Lion, Paris – bu gün siz hamınız ukraynalısınız”,- Zelenski birbaşa efirdə həmin yeddi şəhərdə aksiya iştirakçılarına müraciət edərək Ukraynanı dəstəkləməyə çağırıb.

Gürcüstan prezidenti Salome Zurabişvili öz müraciətində qeyd edib ki, Gürcüstan dost Ukrayna xalqının yanında duracaq, eyni zamanda özünün də Avropa ilə bağlı gələcəyini müdafiə edəcək.

Bənzər yazılar

Back to top button