Siyasət

İlham Əliyev Çavuşoğlunu qəbul edib: Bakı və Ankara öz fəaliyyətlərini koordinasiya edirlər

Şənbə günü prezident İlham Əliyevlə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun görüşündə Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşdirilməsi və regional təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.

Əliyev ötən il imzalanmış Şuşa bəyannaməsinin iki ölkə arasında müttəfiqlik münasibətlərinin formalaşmasında və regionda sülhün təmin olunmasında böyük əhəmiyyətini qeyd edib.

“Türkiyə və Azərbaycanın birliyi təkcə iki ölkə üçün yox, həm də bütün region üçün vacibdir”, – Əliyev deyib.

Cavuşoğlu cavab sözündə xatırladıb ki, Şuşa bəyannaməsinin imzalanması ideyası İlham Əliyevə məxsusdur. “Sizin göstərişinizlə bu tapşırıq uğurla yerinə yetirildi”, – o deyib.

Çavuşoğlunun sözlərinə görə, Şuşa bəyannaməsinin müddəaları regionun digər ölkələrilə münasibətlərə təsir edir. “Bəyannamənin müddəalarını nəzərə alaraq, biz qonşu ölkələrlə üçtərəfli, dördtərəfli münasibətlər qurmağa çalışacağıq”, – Çavuşoğlu deyib və qeyd edib ki, bu, Zəngəzur dəhlizi də daxil olmaqla böyük regional layihələrə aiddir.

“Mən bütün bunlar barədə məlumat vermək və növbəti birgə addımları müəyyən etmək üçün Bakıya gəldim”, – Çavuşoğlu deyib.

Bənzər yazılar

Back to top button