ManşetSiyasət

ABŞ Bakı və Yerevanı sülh naminə “impulsu saxlamağa” çağırır

Cümə axşamı ABŞ bəyan edib ki, regionda möhkəm sülhün təmin edilməsi üçün Ermənistan və Azərbaycanın yüksək vəzifəli diplomatlarını “irəliyə doğru hərəkət impulsunu saxlamağa” çağırıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

Dövlət katibinin köməkçisi vəzifəsini icra edən Yuri Kim “iki ölkənin regionda davamlı sülhün təminatı üzrə səylərinə ABŞ-ın dəstəyini ifadə etmək” üçün çərşənbə günü Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla danışıb. Bu barədə Dövlət Departamentinin Tvitterdəki məlumatında deyilir.

Kim humanitar problemlərin olduğunu qeyd edərək “kommersiya, humanitar və özəl nəqliyyat vasitələrinin Laçın dəhlizilə sərbəst keçidini təmin etməyə çağırıb”,- məlumatda deyilir.

Kimin Bakı və Yerevana telefon zəngləri ABŞ-ın Qafqazda danışıqlar üzrə baş məsləhətçisi Luis Bononun ötən həftə bölgəyə səfərindən sonra baş tutub. Bono Vaşinqtonun sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə edib.

Bənzər yazılar

Back to top button