Dünyaİqtisadiyyat

Rusiyada işləyən azərbaycanlılara pis xəbər: Ayda 5 min dollar…

Rusiya Mərkəzi Bankı rezident fiziki şəxslərin Rusiya Federasiyasının digər rezidentlərinə, habelə qeyri-rezident fiziki şəxslərə, o cümlədən qohumlarına xaricə vəsait köçürməsinə ayda 5 000 ABŞ dolları məbləğində limit tətbiq edib.

Qaynarinfo xəbər verir ki, Mərkəzi Bank valyuta bazarında volatilliyin artması ilə əlaqədar müvəkkil banklara müvafiq göstəriş verib.

Məbləğ köçürmə tapşırığının verildiyi tarixə Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xarici valyutaların rubla qarşı rəsmi məzənnələrindən və ya təqvim ayı ərzində başqa xarici valyutada ekvivalentindən istifadə edilməklə müəyyən edilir.

Qeyd olunur ki, məhdudiyyətlərə bank hesabı açmadan köçürmələr və ya rezident fiziki şəxslərin hesablarından köçürmələr daxildir.

Bənzər yazılar

Back to top button