Dünya

Putin Ərdoğana bildirib ki, Kiyevin tələbləri dəyişməyib

Türkiyə Ukrayna probleminin mümkün qədər tez həllinə öz töhfəsini verməyə hazırdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü, martın 6-da Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Ərdoğan atəşkəsə nail olmaq, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması istiqamətində təcili addımların atılmasının vacibliyini də vurğulayıb.

“Gəlin birlikdə sülhə yol açaq”, – deyə Türkiyə prezidenti bildirib.

Türkiyəli lider Ukraynada atəşin təcili olaraq dayandırılmasına çağırıb.

Atəşkəsin təcili olaraq dayandırılması nəinki regionda humanitar problemləri həll edəcək, həm də siyasi həllini tapmağa imkan verəcək.

Türkiyə Ukrayna tərəfi və digər ölkələrlə daim əlaqə saxlayır və hərtərəfli danışıqlar aparmaq və nəticələr əldə etmək üçün səylərini davam etdirəcək, deyə Ərdoğan əlavə edib.

Öz növbəsində, Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin bildirib ki Ukraynada Rusiya hərbi əməliyyatının dayandırılması yalnız Kiyevin hərbi əməliyyatları dayandıracağı və Moskvanın tələblərini yerinə yetirəcəyi təqdirdə mümkündür. Kremlin fikrincə, söhbət Ukraynanın neytral nüvəsiz statusundan, ölkənin mütləq demilitarizasiyasından və denasifikasiyasından gedir. Bundan başqa, Rusiya Krımın və Donetsk və Luqansk xalq respublikalarının (DXR və LXR) suverenliyinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində tanınmasını da gözləyir.

(Turan)

Bənzər yazılar

Back to top button