Dünya

Baş Qərargah rəisi istefa verdi – Belarus ordusu Ukraynaya qarşı vuruşmaq istəmir…

Fransa Prezidenti Emmanuel Makronun Belarus rəhbəri Aleksandr Lukaşenko ilə bir saatlıq telefon söhbəti nəticə verib. Xatırladaq ki, Makron ona Avropa Birliyinin “Savaşa qoşulsa Belarusa da Rusiya ilə eyni sanksiyaları tətbiq edəcəyik” xəbərdarlığını çatdırmışdı.

Bu gün Belarusun Müdafiə nazirinin müavini, Baş Qərargah rəisi, general-mayor Oleq Quleviç istefa verib.

O, müdafiə nazirinə ünvanladığı istefa ərizəsində hərbi hissələrin şəxsi heyətinin hərbi əməliyyatlarda iştirakdan kütləvi şəkildə imtina etdiyini, bu səbəbdən hücum batalyonlarını formalaşdırmağın mümkünsüzlüyünü yazır.

Nəticədə, Belarus Silahlı Qüvvələri Ukraynada savaşmaq üçün bircə batalyon və ya hərbi birləşmə yarada bilməyib. Baş Qərargah rəisi əminliklə deyir ki, hətta hərbi hissələrin rəhbərliyinin dəyişdirilməsi də müsbət nəticə verməyəcək (AzPolitika.info)

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button