Dünya

Azərbaycanın Xarkovdakı konsulluğunun binası hava hücumu zamanı dağıntılara məruz qalıb

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğunun binası əraziyə endirilən hava zərbələri nəticəsində ciddi dağıntılara məruz qalıb.

“Report”un Şərqi Avropa bürosunun əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Hücum nəticəsində binaya ciddi ziyan dəyib. Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb.

Hadisə zamanı konsulluğun əməkdaşları sığınacaqlarda olduğundan insan tələfatı qeydə alınmayıb. Onlar hazırda təhlükəsiz yerdədirlər.

Bənzər yazılar

Back to top button