Cəmiyyət

TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa… – Ekspert

“Artıq karantin rejiminin uzanması aqrar sektora öz zərbələrini vurmağa başlayır”.

AzToday.az xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, aprel-may aylarını əhatə edən məhdudiyyətlər əsasən turizm, ictimai-iaşə, topdansatış və qeyri-ərzaq ticarətinə ağır zərbə vurub:

Rövşən Ağayev

“Nəzərə alınmalıdır ki, aqrar sektor daha böyük sayda əhali kütləsi üçün dolanışıq və həyatda qalma mənbəyidir. Əgər hökumət sərtləşdirməyə gedirsə, bu sektorun itkilərinin azaldılması və dəstək mexanizmləri barədə düşünməlidir. Məsələn, indiki təcrübədə 2 günlük sərt rejim tətbiq olunursa, bu o deməkdir ki, fermerlər ən azından 3 gün böyük bazarlara məhsul göndərə bilmirlər. Kənd təsərrüfatı məhsullarının əsas istehlakçısı isə giriş-çıxışı tam bağlanan iri şəhərlərdir. Xüsusilə də meyvə-tərəvəz məhsullarının gündəlik yığılıb bazara çıxarılmasında itkilər baş verir”.

Rövşən Ağayev qeyd edib ki, əgər TƏBİB uzunmüddətli sərt karantin rejimi haqda danışırsa, iqtisadi strukturlar da uzunmüddətli iqtisadi dəstək mexanizmləri, potensial risk sektorları ilə bağlı özlərinin yeni planlarını ortaya qoymalıdırlar.

Bənzər yazılar

Back to top button