GündəmManşetSiyasət

Erməni tərəfi iki itkisinin olduğunu bildirib

Naxçıvanla sərhəddə bugünki atışma nəticəsində erməni hərbçi həlak olub. Bu barədə Ermənistan Müdafiə Nazirliyi günün ikinci yarısında məlumat verib.

Mənbənin məlumatına görə, atışma martın 7-də saat 12:40-da başlayıb. Nəticədə muzdlu döyüşçü, çavuş Qraç Manasaryan həlak olub. İkinci hərbçi yaralanıb.

Erməni tərəfinin məlumatına görə, atışma Yerasx qəsəbəsi ərəfəsində baş verib.

Azərbaycan Müdafiə Nazirliyi sərhədin bu sahəsində vəziyyət barədə hələlik məlumat verməyib. (Turan)

Bənzər yazılar

Back to top button