İdman

Mbappe “Real”la oyun öncəsi zədələndi

PSJ-nin aparıcı futbolçusu Kilian Mbappe zədələnib.

Qol.az “RMC Sport”a istinadən xəbər verir ki, fransalı hücumçus məşqdə komanda yoldaşı ilə toqquşub və ayağından xəsarət alıb.

23 yaşlı futbolçu sabah tibbi müayinədən keçəcək. O, Çempionlar Liqasının 1/8 finalının “Real”la keçiriləcək cavab oyununu buraxa bilər. Görüş martın 9-da Madriddə oynanılacaq.

Qeyd edək ki, komandalar arasında Parisdə keçirilən ilk matçda PSJ məhz Mbappenin qolu ilə 1:0 hesablı qələbə qazanıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button