Bizim seçimHadisəManşet
İcra başçısı türk müğənniyə torpaq hədiyyə etdi (VİDEO)
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi verəcək.
AzToday.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.
Müğənni icra başçısının ona söz verdiyini qeyd edib: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.