Siyasət

GUAM nazirlərinin görüşü çərçivəsində Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edibş

Görüşdə həmçinin Gürcüstan, Moldova və Ukraynanın xarici işlər nazirləri İlya Darçiaşvili, Niku Popesku və Dmitri Kuleba iştirak ediblər.

Nazir həmkarlarına postmünaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səylər barədə məlumat verib. O, regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiyası üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Qeyd olunub ki, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanatlar və razılaşmalar çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması istiqamətində iş aparılır. Bundan əlavə, Azərbaycan sülh sazişilə bağlı təklif irəli sürüb. Bütün bunlara baxmayaraq, Ermənistan sülh prosesinə əngəl törədib, üçtərəfli bəyanatlar üzrə üzərinə götürdüyü öhdəlikləri ciddi şəkildə pozub, son aylarda irimiqyaslı hərbi təxribatlara yol verib.

Ukraynadakı vəziyyətə toxunan.Bayramov problemin beynəlxalq hüquq normaları əsasında, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq diplomatiya yolu ilə həllinin vacibliyini qeyd edib.

Nazir bildirib ki, Azərbaycan indiyədək Ukraynaya 15 milyon avro məbləğində humanitar yardım edib.

Görüş iştirakçıları “Azad ticarət zonasının yaradılması haqqında sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat – GUAM Konvensiyası”nı imzalayıblar.

Bənzər yazılar

Back to top button