İqtisadiyyat

Deputat Məşhur Məmmədov xaricdə 2 milyon manatlıq mülk alıb? – FOTOFAKT

Hakim Yeni Azərbaycan Partiyasının 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məmmədov Məşhur Şahbaz oğlunun bir neçə il öncə Şərqi Amerikada villa alması barədə media da məlumatlar yayıldı.

Həmin məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli öz facebook səhifəsində də paylaşmışdı.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli həmin vaxt facebookda paylaşdığı məlumatda qeyd edirdi ki, “Embawood” şirkətinin rəhbəri kimi tanınan iş adamı Məmmədov Məşhur Şahbaz oğlu 2019-cu ilin əvvəllərində Şərqi Amerikada villa alıb.

Masallıdan olan məşhur iş adamı əmlaka 1 140 000.00 dollar ödəyib. Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee-də yerləşir. Villanın illik dövlət vergisi 26,374.15 dollar təşkil edir.


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Back to top button