İdman

Şevçenko canlı efirdə Ukrayna üçün ağladı – VİDEO

İtaliyanın RAI 3 televiziyasında futbol üzrə Ukrayna yığmasının keçmiş baş məşqçisi Andrey Şevçenkonun iştirakı ilə ölkəsindəki müharibə mövzusunda veriliş yayımlanıb.

Söhbət zamanı futbol mütəxəssisi göz yaşlarını saxlaya bilməyib.

“Qohumlarım mənə baş verənləri danışır. Bu, oyanmaq istədiyim dəhşətli bir yuxudur. Şəhərlər bombalanır, uşaqlar, qocalar öldürülür. Qorxunc yuxu kimi görünür, inanmaq istəyirəm ki, sabah oyanıb normal həyata qayıdacağam. Amma başa düşürəm ki, bu olmayacaq… Bu, reallıqdır”, -deyə o, bildirib.

Bənzər yazılar

Back to top button