Hadisə

Naxçıvan gömrükçüləri 228 kiloqramdan çox heroin aşkar edərək götürüblər

Naxçıvan Muxtar Respublikasının gömrükçüləri Avropaya tranzitlə gedən iki yük maşınından 228 kiloqramdan çox heroin götürüblər.

Gömrük Komitəsinin məlumatında bildirilir ki, yük maşınları Türkiyə vətəndaşlarına məxsus olub. Onlar Azərbaycan ərazisindən tranzit keçməklə Niderlanda un aparırmışlar.

Yük maşınları Culfada gömrük məntəqəsindən keçiblər ki, bu da onların İrandan gəldiklərini göstərir.

Rentgen vasitəsilə yoxlama zamanı gömrükçülər taxta paletlərdə gizlədilmiş narkotik maddələri aşkar ediblər.

Birinci yük maşınında 113 kiloqramdan çox heroin aşkar edilib, ikinci yük maşınında da bir o qədər heroin olub.

Bu faktlarla bağlı hər iki sürücüyə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206-cı maddəsi (qaçaqmalçılıq) ilə cinayət işi başlanılıb.

Həmin şəxslərin adları, habelə hadisənin başvermə vaxtı açıqlanmır. (Turan)

Bənzər yazılar

Back to top button