Hadisə

Bu universitetə 97 min manatlıq “notebook” və “komputer” alınacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Maşın və avadanlıqların satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

32gun.az xəbər verir ki, tenderin qalibi “PREMİER” MMC olub. Tərəflər arasında 96.964,14 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən ali təhsil ocağı Notebook, Şəbəkə üçün router, Printer Laser, Komputer, Proyektor,Daxili Yaddaş qurğusu, Səsgücləndirici, Mikrofon və.s ilə təmin olunmalıdır.

Bildirək ki, nizamanmə kapitalı 1020 AZN olan “PREMİER” MMC-nin qanuni təmsilçisi Cavad Məmmədov Ramil oğludur.

Xatırladaq ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədovadır.

Bənzər yazılar

Back to top button